“Əsrlərdən miras qalmış incə sənətimiz”

“Əsrlərdən miras qalmış incə sənətimiz”
  12 Fevral 2015    Oxunub:2105
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəfiqə Əhmədova tərəfindən həyata keçirilən “Əsrlərdən miras qalmış incə sənətimiz” adlı layihəyə start vermişdir.

Layihə fevral ayının 1-dən may ayının 1-ə qədər davam edəcəkdir.
Layihənin məqsədi istedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etməkdir.

Qeyd edək ki, 3 ay davam edəcək layihədə hazırlıqlar zamanı hazırlanacaq əl işlərinin sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Gənclərimizə və ictimaiyyətə təqdim olunacaq “əl isləri” milli dəyərlərimizin təbliğ edilməsində, gənclərin mənəvi tərbiyəsində, xalqımıza məxsus olan dekorativ-tətbiqi sənətin görünüb və inkişaf etməsində, gələcək nəsillərə çatdırılmasında sərginin rolu olacaq.

Əlavə məlumat üçün:

Şəfiqə Əhmədova Vidadi qızı

Tel: (+99455 375 00 52)

E-mail: [email protected]

AzVision.az


Teqlər:  





Xəbər lenti