Elman Rüstəmov xəbərdarlıq etdi

Elman Rüstəmov xəbərdarlıq etdi
  16 Fevral 2015    Oxunub:3068
Azərbaycan manatın dollardan asılılığından imtina etməyi planlaşdırır.
Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov "Financial Times"-a müsahibəsində deyib.

E.Rüstəmov deyib: "Fiskal və monetar siyasətə bəzi düzəlişlər edilməsi çox vacibdir. Hesab edirik ki, mübadilə kursunun daha çevik rejiminə keçməliyik və biz tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçəcəyik".

E.Rüstəmov bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq.

AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".

E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: "Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır".

Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.





Teqlər:





Xəbər lenti