Ekspert: `Mərkəzi Bank izahat verməlidir`

Ekspert: `Mərkəzi Bank izahat verməlidir`
  17 Fevral 2015    Oxunub:2412
"Bü gün əksər valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələr müşahidə edilir. Mərkəzi Bankın valyuta səbətinin dəyişdirilməsi ilə bağlı qərarı əhali arasında əsası olmayan ciddi ajiotaj yaradıb".
AzVision.az-ın məlumatına görə, bunu iqtisadçı-alim Vüqar bayramov qeyd edib. Mütəxəssis qeyd edir ki, əslində, Mərkəzi Bank əhali arasında yaranan panikanın aradan qaldırmaq üçün vətəndaşlara izahat verməlidir.

İqtisadçının bildirdiyinə görə, dünyanın heç bir Mərkəzi Bankı öncədən develvasiya olacağı ilə bağlı açıqlama vermir:

"Azərbaycanın baş bankında ölkədə develvasiya əhval-ruhiyyəsi yaradaraq insanlar öz manatlarını dollara dəyişməsinə əsas yaratdılar. Mərkəzi Bankın intervensiya xərclərinin yüksək olması arzuolunan deyil. Amma manatını dollara çevirən vətəndaşlar onsuz bir müddətdən sonra pul xərcləmək üçün yenidən dollarlarını milli valyutaya çevirəcəklər. Pul dövriyyəsində bəlli həcmdə manat kütləsi var və kənardan ölkəyə milli valyuta ixrac edilmir. Bu isə o deməkdir ki, onsuz da müəyyən müddətdən sonra intervensiya xərclərində azlama müşahidə ediləcəkdi".

İqtisadçının fikrincə, Mərkəzi Bankı müxtəlif dolayı metodlar o cümlədən əmanətlərin indeksasiyası yolu ilə dollara olan tələbi azaltmalı idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti