Böyük İpək Yolu Macarıstanda

Böyük İpək Yolu Macarıstanda
  17 May 2013    Oxunub:1195
Mayın 16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı üzvlər şurasının iclası başlayıb.

Tədbirin ilk günü Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Macarıstanın paytaxtı Budapeşt şəhərində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı üzvlərinin Macarıstan gənclər təşkilatları və siyasi partiyaların gənclər təşkilatları ilə görüşu keçirilib.

Macarıstan İnsan Resursları Nazirliyində təşkil edilən tədbiri açıq elan edən ittifaqın sədri, Milli Məclisin deputatı Fuad Muradov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının yaranmasından və onun vacibliyindən danışıb. Görüşdə iştirak edən Azərbaycan Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev gəncləri salamlayaraq ittifaqın fəaliyyətinin ölkələrarası münasibətlərin daha da möhkəmlənməsində vacib rol oynadığını qeyd edib.

30-a yaxın ölkədən gələn nümayəndələrin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Daha sonra Macarıstan parlamentində Azərbaycan - Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Fuad Muradov və Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev də iştirak etdiyi görüşdə hər iki ölkə arasında dostluq münasibətləri müzakirə olunub.

Həmin gün Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının üzvləri ilə Macarıstan parlamenti gənclərlə iş üzrə komitə üzvlərinin geniş tərkibdə görüşü olub.

Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı üzvlər şurasının iclasına sabah yekun vurulacaq.



Teqlər:





Xəbər lenti