Bakıda dollar qıtlığı yarandı

Bakıda dollar qıtlığı yarandı
  17 Fevral 2015    Oxunub:2717
Bakıdakı valyuta-dəyişmə məntəqələrinin əksəriyyətində ABŞ dollarının satışı dayandırılıb.
AzVision.az Fins.az-a istinadən xəbər verir ki, paytaxtdakı “exchange”lərdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu gün əksər valyuta satışı məntəqələrindən dollar almaq mümkün olmayıb. Yalnız səhər saatlarında Amerika valyutasını adambaşına 500 dollardan çox olmamaq şərti ilə əldə etmək mümkün olub.

Bununla belə, hazırda valyuta-dəyişmə məntəqələrinin qarşısında sıxlıq var. Vətəndaşlar əllərində Azərbaycan manatı ilə olan pulları bacardıqca xarici valyutaya çevirməyə çalışırlar. Dollara alternativ kimi isə avroya və funt-sterlinqə, qismən isə Rusiya rubluna və türk lirəsinə üstünlük verilir.


Teqlər:  





Xəbər lenti