Azərbaycanda nə qədər işsiz var? - Statistika

Azərbaycanda nə qədər işsiz var? - Statistika
  17 Fevral 2015    Oxunub:3206
Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,82% azalaraq cari il fevralın 1-nə 28,9 min nəfər olub. Onların 39,4 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ölkə üzrə rəsmi işsiz statusuna malik olanlardan cəmi 5,4% və ya 1 560 nəfər işsizliyə görə müavinət alanlardır. Statistik rəqəmlərə əsasən, işsizlərin 40% və ya 11,5 min nəfəri, müavinət alanların isə 37% və ya 581 nəfəri Bakı şəhərinin payına düşüb.

Statistikaya əsasən, cari il fevralın 1-nə ölkədə işsizliyə görə müavinətin orta məbləği 266,9 manat olub. Bildirək ki, "Məşğulluq haqqında" qanuna əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alırlar. Müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

AzVision.az


Teqlər:





Xəbər lenti