Hava yağmurlu olacaq

Hava yağmurlu olacaq
  17 May 2013    Oxunub:1331
Mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir edəcək.

AzVision.az



Teqlər:  





Xəbər lenti