Dəhşətli fakt: Bir şəhərdə 3 min hərbçi öldürüldü
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Ukrayna rəhbərliyi Debaltsev mühasirəsində 3-3,5 min əsgər itirib.
“Biz Debaltsevin qanunsuz silahlı qruplardan təmizlənməsi əməliyyatını yekunlaşdırdıq. Təəssüflər olsun ki, Ukrayna rəhbərliyi silahlı yerə qoymaq barədə təkliflərimiz qəbul etmədi. Ukrayna silahlı qüvvələri mühasirədə 3-3,5 min itki verib. Kiyev öz ölən hərbçilərinin cəsədini götürsün. Biz Ukrayna Silahlı Qüvvələrinin ölən hərbçilərinin valideynlərini cəsədləri götürmələri üçün ora dəvət etmişik”, – deyə Zaxarçenko bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya meyilli separatçıların hücumuna məruz qalan Ukrayna əsgərlərini ziyarət etdib.
Poroşenko əsgərlərə cəsarət və göstərdikləri qəhrəmanlıqlardan dolayı minnətdarlığını bildirib:
"Belə bir silahlı qüvvələrin baş komandanı olmanın xoşbəxtliyini və qürurunu yaşayıram. Bizlər öz toprağımızı qoruyuruq. Sizin hər birinizə cəsarət və qəhramanlığınza görə minnətdaram”.
Minsk sülh razılaşması və Debaltsevedəki son vəziyyəti qiymətləndirən Poroşenko, dünyanın bir daha Putinin üzərinə götürdüyü öhdəlikləri yerinə gətirmədiyinə şahid olduğunu deyib. Poroşenko eyni zamanda, Mukaçev dağ-piyada briqada Komandiri Sergey Şaptalayı “Ukrayna Qəhrəmanı”nişanı ilə təltif edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: