Moskvada azərbaycanlı və ermənilərə qarşı əməliyyat

Moskvada azərbaycanlı və ermənilərə qarşı əməliyyat
  19 Fevral 2015    Oxunub:2385
Rusiya paytaxtı Moskvada Azərbaycan və Ermənistan əsilli şəxslərdən ibarət cinayətkar dəstə yaxalanıb.
Bu barədə AzVision.az “Moskovskiy komsomolets”ə istinadən xəbər verir.

Rusiya polisi pul daşıyan şəxslərə hücum edənləri çoxdan ələ keçirmək istəyib. Banda tərkibinə daxil olan informatordan qrupun növbəti dəfə cinayət planlaşdırması barədə məlumat əldə edilib. Polislər potensial qurbanla əlqə saxlayıb və ayaqqabı satışı biznesi ilə məşğul olan biznesmenə “qurban” olmağı təklif ediblər.

Ötən gün 17:10 radələrində “Lexus” markalı avtomobili ilə hərəkət edən biznesmen Mayakovski döngəsində yolun “Qazel” markalı avtomobil tərəfindən bağlandığını görür.

Elə həmin vaxt “Qazel”in salonundan üç cinayətkar çıxaraq onun avtomobilə yaxınlaşaraq çəkic vasitəsilə “Lexus”un yan şüşələrini sındırıb və salonda içərisində 9 milyon 800 min rubl olan çantanı oğurlamağa cəhd edirlər. Prosesin tezləşdirilməsi üçün cinayətkarlar sürücüyə travmatik silahdan da atəş açıblar. Lakin güllə sürücüdən yan keçib. İçərisi pulla dolan çanta cinayətkarların əllərində olduğu zaman küçədə Rusiya polisləri peyda olub.

Saxlanılması zamanı cinayətkarlar Rusiya xüsusi xidmət orqanları əməkdaşlarına atəş açıb. Buna cavab olaraq polislərə cavab atəşi açıblar. Nəticədə cinayətkarlardan ibarət dəstənin bir üzvü yaralanıb. Yaralı şəxs Moskva xəstəxanalarında birində yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti