Pentaqon `Viaqra`ya 41 milyon dollar xərcləyir

AzVision.az-ın məlumatına görə, bu barədə “The Military Times” nəşri “Defense Health Agency”nin hesabatına istinadən xəbər verir.
Nəşr vurğulayır ki, bu məbləğə beşinci nəsil “F-35” tipli 4 qırıcı təyyarə almaq mümkündür.
Ötən il ABŞ hərbçilərinə (hazırda xidmətdə olan əsgərlərlə yanaşı, tərxis olan hərbçilər və onların ailə üzvləri) bir milyondan artıq dərman resepti yazılıb. Məlumatda vurğulanır ki, viaqradan yalnız erektial pozğunluqla mübarizə məqsədilə deyil, ağciyər arterial hipertoniyası vaxtı da istifadə olunub.
İmpotensiyanın səbəbi kimi depressiya, əsəbi pozğunluq, travmalar göstərilir.
Nəşrin məlumatına görə, son 10 ildə ABŞ-da viaqraya ehtiyacı olan hərbçilərin sayı iki dəfə artıb. Hazırda ABŞ-ın müntəzəm ordusunda 540 mindən çox, Milli Qvardiyada 350 mindən çox, ehtiyatda isə 200 mindən çox hərbçi var.
Eldar Tanrıverdiyev
AzVision.az