Qar Türkiyəni dondurdu - 2 nəfər soyuqdan ölüb

Yollar buz bağlayıb, gediş-gəliş çətinləşib. Hava şəraitinin kəskin dəyişməsi məktəblərin də işində əngəl yaradıb. İstanbulda təhsil müəssisələri bir neçə günlük bağlanıb.
Şaxtalı hava iki nəfərin ölümünə səbəb olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlardan biri Amasya şəhərində gecə iş yerlərindən birinin anbarında qalan Əkrəm Bülbül olub. Onun kimsəsiz olduğu və küçədə yaşadığı bildirilir.
Ölənlərdən digəri isə Kocaeli şəhərinin Gebze qəsəbəsində qoyun otaran çoban olub.
Fatimə
Teqlər: