“Apple” maşın biznesinə girişir

Adətən avtomobil istehsalçıları yeni modelin yaradılmasına 7 il sərf edir. “Apple”in belə qısa müddətdə öz elektromobil istehsalını işə salması cəhdləri “Tesla Motors” və “General Motors” kimi rəqiblərlə mübarizə aparmaq istəyini göstərir.
“Apple”in gizli elektromobil layihəsi şirkətin baş direktoru Tim Kuk tərəfindən ötən il təsdiqlənib. Layihəyə daha əvvəl “Ford” korporasiyasında işləyən məhsulun dizaynı üzrə vitse-prezidenti Stiv Zadeski cavabdehlik yaşayır.
Qeyd edək ki, fevralın ortalarında “The Financial Times” nəşri “Apple”ın gizli layihə üçün avtomobil texnologiyaları mütəxəssisi və dizaynerlər axtarmasına dair məlumat yayıb.
Eldar Tanrıverdiyev
AzVision.az