Rusiya 70 min əcnəbinin ölkəyə girişinə qadağa qoyub

Rusiya 70 min əcnəbinin ölkəyə girişinə qadağa qoyub
  17 May 2013    Oxunub:1379
“Mən Miqrasiya Xidmətinin rəhbəri olduğum müddətdə bu olmayacaq”
AzVision.az xəbər verir ki bu barədə Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski açıqlama verib.

“Son 3-4 il ərzində Rusiyaya 70 min əcnəbinin girişinə qadağa qoyduq. Sadəcə 2012-ci ildə 55 mindən çox əcnəbiyə qadağa qoyduq”

Ölkəyə girişi qadağan olunanların yenidən əfv olunması ilə bağlı K. Romodanovski çox kəskin danışıb: “Mən Miqrasiya Xidmətinin rəhbəri olduğum müddətdə bu olmayacaq. Rusiyada 10,8 milyon əcnəbi var, onlardan 3,2 milyonu qanuni olaraq işləyir. 3,7 milyonu isə səhiyyə, təhsil və digər məsələlərlə bağlı Rusiyadadırlar. 3 milyon isə qanuni olaraq gəlsələr də, burada qanunsuz olaraq işləyirlər”.

Əksəriyyətinin Tacikistan, Özbəkistan və Qırğızıstan olmaqla SSRİ dövlətlərindənn hər il milyonlarla insan Rusiyaya işləmək üçün gəlir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti