Gülən Ərdoğanın qızını öldürtmək istəyib

Təhlükəsizlik xidməti əməkdaşlarının aşkarladığı yazışmalar 2015-ci il yanvarın 31-ə təsadüf edir. Yazışmada 7 iyunda baş tutacaq parlament seçkiləri ərəfəsində Fətullah Gülənin əmri ilə sui-qəsdin reallaşdırılması planlaşdırılır.
Yazışmada qeyd olunur ki, bu məqsədlə ABŞ əsilli qatil kirayə tutulub, hətta o, artıq İstanbula gəlib.
Süməyyə Ərdoğana aid məlumatların isə onu qoruyan və `paralel dövlət`ə işləyən polislərin birindən alınacağı deyilib.
Fatimə Kərimli