İrəvanda kütləvi etirazlar başladı

Bu barədə AzVision.az Erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçirlər. Onlar da maaşlarının ödənilməsini tələb edirlər. Bir neçə gün əvvəl hökumət işçilərə maaşlarının ödəniləcəyinə söz versə də, bu vədini yerinə yetirməyib.
Qeyd edək ki, işçilər artıq 18 aydır ki, maaş ala bilmirlər. Zavod rəhbərliyinin onlara 15 milyon dollar borcu var. İşçilər pullarını almaq üçün dəfələrlə hökumətin binasının və prezidentin rezidensiyasının önündə aksiya keçiriblər.
Eldar Tanrıverdiyev
AzVision.az