ABŞ İŞİD-lə açıq müharibəyə başlayır

İraqın ikinci ən böyük şəhəri olan Mosulu İŞİD-in əlindən almaq üçün keçirilməsi planlaşdırılan əməliyyat üçün 20 min iraqlı və kürd əsgəri lazımdır. Əməliyyatın dəqiq vaxtı isə iraqlı və kürd qüvvələrinin müharibəyə hazır olub-olmamasına əsasən müəyyənləşəcək. Həmçinin qeyd olunur ki, əgər əməliyyat may ayından sonraya qalsa, qarşıdan gələn Ramazan ayı və isti hava şəraiti prosesin təxirə salınmasına səbəb ola bilər.
Qeyd edək ki, 1 milyon sakini olan Mosul İraqın ikinci böyük şəhəridir və ötən ilin iyun ayından bu günədək İŞİD-in nzəarəti altındadır.
Fatimə Kərimli
Teqlər: