Merkel “insanlaşdırılır”

Merkel “insanlaşdırılır”
  17 May 2013    Oxunub:1097
Almaniyanın kitab piştaxtalarında satışa başladığı andan siyasi mübahisələr yaradan kitab meydana çıxıb. “Angela Merkelin birinci həyatı” adlı kitab ölkənin hazırkı kanslerinin tərcümeyi-halından bəhs edir. Kitabın müəlifi Merkeli Dövlət Təhlükəsizlik Komitəsilə əlaqələrdə ittiham edib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, kanslerin dostları kitabda yazılanların cəfəngiyat olduğunu bildiriblər. Siyasi texnoloqlar iddia edirlər ki, əksinə, Merkelin gəncliyinin təsviri seçkiqabağı ona kömək olacaq. Səsvermənin keçirilməsinə bir neçə ay qalmış hökumət başçısı “Dəmir Ledi”nin imicini seçiciyə yaxın obraza dəyişməyə qərar verib.

Avropa valyutasını xilas etmək, borc böhranı və müxalifətlə mübarizə aparmaqla yanaşı kansler bütöv gününü qadın jurnalının oxucularına həsr edib.

Almaniyanın kansleri Angela Merkel bildirib: “Mən evdə qazanla əlləşəndə kansler işlədiyimi unuduram”.

Övlad sahibi olmayan Angela Merkel gimnaziyanın tələbələri ilə barabanda çalır, özü kimi uğur qazanmış almanlarla görüşlər təşkil edir və nəhayət kinoya gedir.

Merkel bildirib: “Mən tələbə ikən disko klublarına getməyi sevirdim. Estradanın iki qrupu – “Beatles” və “Rolling Stones” mənim xoşuma gəlirdi. Biz tez-tez albalı arağı içirdik.”

Kansleri iki cür xarakterizə etmək olar. Onun pərəstişkarı Merkeli Avropanın ən qüdrətli insanı adlandırırlar. Digər Merkel isə Berlin mərkəzində - girişdə polislərin mühafizə etdiyi ən adi evlərin birində yaşayır.

Kansler etiraf edir ki, gününü həyat yoldaşına səhər yeməyi hazırlamaqla başlamağı sevir. Merkel şəxsi həyatı barədə digər nüansları yayımlamamağa çalışıb.

Almaniya telekanalının siyasi müxbirlərindən biri Hayner Bremer bildirib: “Merkelin şəkilləri sarı mətbuatda yayımlanan zaman kansler bərk əsəbiləşmişdi. Lakin bu camaatın çox xoşuna gəlmişdi. Kanslerin birinci nikahdan olan uşaqları ilə dincəlməsini xalqa bəyan etmək məgər pisdir?”

Almanların Merkelə verdikləri bu “ana imici” - emosiyalardan məhrum olan kansler-terminator - çoxdan onun rəqibləri tərəfindən kanslerə yapışdırılmış obrazdır. Merkel “insaniləşdirilməsi” kampaniyası yalnız ona və onun partiyasına xeyir gətirir.

Leyla Cavadova
AzVision.az



Teqlər:  





Xəbər lenti