İŞİD-dən daha bir dəhşət: 30 ölü, xeyli yaralı var

Hadisə ilə bağlı Liviya məclis üzvü Agula Salih açıqlamasında bildirib ki, terrorçular ərazidəki yanacaq bazalarını və hüquq-mühafizə orqanlarının yerləşdiyi binaları hədəfə aıblar. Hadisə zamanı 30-dan çox insanın öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
Salih hadisənin İŞİD-in Liviyanın Derna kəndindəki mövqeylərinin bombardıman edilməsinə cavab kimi baş verdiyini bildirib.
Qeyd edək ki, İŞİD tərəfindnə qaçırılan 21 misirli xristianın edam edilməsindən sonra bazar ertəsi hücumlar başlamışdı. Bombardman zamanı İŞİD-in bir çox bazaları darmadağın edilib.
Teqlər: