Bəzi banklar manatla kredit vermir

Bəzi banklar manatla kredit vermir
  21 Fevral 2015    Oxunub:4679
Azərbaycan banklarının bir qismi manatla kredit ayrılmasını dayandırıb.
AzVision.az xəbər verir ki, fins.az-ın bank sektorunda apardığı araşdırma nəticəsində məlum olub. Söhbət əsasən kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklardan ("Accessbank", "Amrahbank", "Azər-Türk Bank", "Bank of Baku", "Bank BTB", "Bank Respublika", "Bank Standard", "Dəmirbank", "Xalq Bank", "Muğanbank", "Rabitəbank", "Bank Technique", "Unibank") gedir.

Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər. Bununla belə, kredit təşkilatlarının bir qismi həm manatla, həm də ABŞ dolları ilə kredit ayırır. Bəzi banklar isə kreditləşmədə yalnız manatdan istifadə edir. Banklar arasında kredit verilməsini hər iki valyuta ilə dayandıranlar da var.


Teqlər:  





Xəbər lenti