"Oskar"ın sahibləri bu gün bilinəcək

Hazırda namizədlərin adlarının açıqlandığı bülletenlərin səsverməsi aparılır. Bu il Amerika Kino Akademiyasının 6 292 üzvü gələcək qaliblərin adlarının müəyyənləşəcəyi bülletenləri imzalayıb. Sonda 20 nəfərlik yüksək münsiflər heyəti qalibləri seçəcək. Ən çox səs toplayan film, aktyor, rejissor "Oskar" mükafatının builki qalibi olacaq.
Bu il 24 nominasiya üzrə qaliblər müəyyən ediləcək.
"Oskar" mükafatının təqdimat mərasiminin videoyazısı fevralın 23-də dünyanın bir çox nüfuzlu telekanalları vasitəsilə nümayiş ediləcək.