ABŞ-da rekord şaxta: 23 nəfər donub ölüb

Sakinlər arasında ən çox ölüm faktı Tennesi ştatında qeydə alınıb. Bəzi şəxslər donvurma, bəziləri isə yol-nəqliyyat hadisələri nəticəsində ölüb. Daha bir neçə nəfər isə Noks dairəsində baş verən yanğın nəticəsində həlak olub. Bundan əlavə ştatın 2700-dən çox sakini hava şəraiti ilə əlaqədar olaraq elektrik enerjisiz qalıb.
Qeyd edək ki, ABŞ-ın bir sıra ştatlarında temperatur -40 dərəcəyə qədər aşağı düşüb.
Eldar Tanrıverdiyev
AzVision.az