Azərbaycan neftinin qiyməti qalxdı

Azərbaycan neftinin qiyməti qalxdı
  21 Fevral 2015    Oxunub:5744
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 63,42 dollar/barel təşkil edib.
1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) AzVision.az-a daxil olan məlumatda bildirilir ki, , cümə günü neftin qiyməti cümə axşamına nisbətən 1,53 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 58,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 20-də 60,70 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.


Teqlər:  





Xəbər lenti