Baş nazirdən pul açıqlaması: `Prezidentlə 24 saat işləyirik`

Baş nazirdən pul açıqlaması: `Prezidentlə 24 saat işləyirik`
  23 Fevral 2015    Oxunub:4182
Gürcüstan hökuməti milli valyutanın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar olaraq administrativ xərcləri azaltmağa hazırdır.
AzVision.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

“Bizim tərəfimizdən larinin məzənnəsinin tezliklə sabitləşməsi detallı şəkildə plan hazırlanıb və işlənib. Bundan əlavə ölkəyə yeni investisiyaların cəlb edilməsi üçün bizim bir sıra maraqlı təkliflər və mexanizmlərimiz var”, - deyə baş nazir vurğulayıb.

Qaribaşvili bildirib ki, ümumilikdə bu çətin iqtisadi vəziyyət həm Ukrayna həm də bir sıra Avropa ölkəsində müşahidə olunur: “Təbii ki, bu proseslər bizim milli valyutamızın da məzənnəsinə mənfi təsir göstərir. Şəxsi qənaətimə görə, hökumət mövcud problemin həll edilməsi istiqamətində aktiv şəkildə işləyir. Biz Gürcüstan Milli bankının prezidenti ilə addımlarımızı koordinasiya edərək 24 saat işləyirik”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti