Qənirə Paşayeva Almaniyada Xocalıya Ədalət istədi

Qənirə Paşayeva Almaniyada Xocalıya Ədalət istədi
  23 Fevral 2015    Oxunub:3624
Millət vəkili Qənirə Paşayeva Almaniyada Bielefeld Universitetində Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. O, ermənilərin 20-ci əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı, Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı danışıb və sualları cavablandırıb.

Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa çağırıb: “Hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq , terrora, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək, işgəncələrə məruz qoyuldu. Amma təəssüf ki, biz avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan bunu pisləyən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər”.

Qənirə Paşayeva bildirib ki, Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə, bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir: “Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olmadıq, amma “Şarli Ebdo” üçün yürüş edən Qərb liderləri yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən niyə yürüş keçirmədilər? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandır. Biz hələ də o səsləri eşitmirik! Bu, bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! 1988-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılıb. Onlar Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində oz yurd-yuvalarından didərgin düşdülər. Bir milyondan çox azərbaycanlı 22 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Etnik kimliyindən və dini inancından asılı olmayaraq, insanlığın yanında olan hər kəs `Xocalıya Ədalət` deyənlərə dəstək verməlidir və biz sizi buna çağırırıq".

Millət vəkili `Xocalıya Ədalət` kampaniyası ilə bağlı geniş məlumat verərək, hər kəsi, bütün alman cəmiyyətini `Xocalıya Ədalət` deməyə çağırıb.

Tədbirin sonunda millət vəkili gənclərə Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib və onların suallarını geniş cavablandırıb.

Qeyd edək ki, konfrans və tədbir Azərbaycan-Alman Mədəniyyət Cəmiyyəti, Bielefeld Atatürkçü Düşüncə Dərnəyi, Türk -Akademisiyanlar Birliyinin təşkilatçılığı ilə keçirilib.



Teqlər:





Xəbər lenti