Ermənistanda rus əsgəri itkin düşüb

Ermənistanda rus əsgəri itkin düşüb
  23 Fevral 2015    Oxunub:2413
Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının hərbçisi Artur Afyan itkin düşüb.
Bu barədə AzVision.az “Tert.am”-a istinadən xəbər verir.

Ermənistan mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Afyanın itkin düşməsi ilə bağlı xəbəri onun həyat yoldaşı verib. Hərbi qulluqçunun axtarışı üçün hərbi baza və Gümrü polisinin axtarışları hələ ki, heç bir nəticə vermir.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti