Jirinovskidən ermənilərə ağır söyüş
“Ruslar Ermənistandan gizlənə bilməzlər, bu ölkə təkmillətlidir və ruslar dərhal tanınır. Rusiya isə çoxmillətli ölkədir, burda gəlmələr elə də tanınmır. Biz bu sazişi təsdiq edirik. Bəlkə bir özümüzə sual verək: bu, bizim ölkəyə gələn cinayətkarların sayını artırmayacaq ki?” - deyə LDPR lideri sual verib.
Erməni mətbuatı dərhal özündən çıxıb və Jirinovskinin Bakıya səfəri zamanı Azərbaycan barədə dediklərini xatırlayıb. “Azərbaycan bu gün rentabelli dövlətdir. Bakı heç kimdən heç nə istəmir və heç kimin altına uzanmır” - deyə Jirinovski onda bildirmişdi.
Erməni jurnalistləri LDPR liderinin hər iki ifadəsini tutuşduraraq Ermənistanın ciddi şəkildə təhqir olunduğunu vurğulayırlar. Onların fikrincə, Jirinovski əslində Ermənistanın başını girləmək üçün istənilən yola getdiyini deyib və erməniləri faktiki olaraq söyüb. (Ans)
Teqlər: