Parisdə “Azərbaycan günü” keçiriləcək

Parisdə “Azərbaycan günü” keçiriləcək
  24 Fevral 2015    Oxunub:1292
Xarici vətəndaşlara Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaq.
Fevralın 27-də Parisdə Azərbaycan və Fransa universitetlərinin iştirakı ilə “Azərbaycan günü” tədbiri keçiriləcək.

AzVision.az Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, tədbirin əsas məqsədi Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələri inkişaf etdirmək, tələbə və müəllim mübadiləsi və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdir.

Qeyd edək ki, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ilin noyabr ayında Parisə işgüzar səfəri zamanı Fransanın müvafiq dövlət qurumları ilə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda müzakirələr aparılmışdı.“Azərbaycan günü”nün keçirilməsi bu prosesin davamı olaraq nəzərdə tutulub.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak edəcək.

“Azərbaycan günü”ndə 20-yə yaxın Fransa ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcək. Eyni zamanda, tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaq.


Teqlər:





Xəbər lenti