Mərkəzi Bank 6 bankı cəzalandırdı

Mərkəzi Bank 6 bankı cəzalandırdı
  24 Fevral 2015    Oxunub:2643
Mərkəzi Bank 6 bankın 10 valyuta mübadilə şöbəsinin fəaliyyətini dayandırıb.
Bu barədə AzVision.az-a Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır. Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri daha da intensivləşdirilib.

Mərkəzi Bank tərəfindən 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.

Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti