72 İŞİD-çi məhv edildi

72 İŞİD-çi məhv edildi
  24 Fevral 2015    Oxunub:1795
ABŞ və koalisiya qüvvələrinin İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mövqelərinə aviazərbələr endirib.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində İŞİD-in 52 üzvü həlak olub.

Bundan əlavə, İŞİD yaraqlıları paytaxt Bağdaddan 200 kilometr şimal-qərbdə yerləşən Əl Bağdadi şəhərində nəzarəti də itirib. Şəhər uğrunda gedən döyüşlər zamanı 20 yaraqlının məhv edildiyi vurğulanır.

Xatırladaq ki,ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti