ATƏT sədri Bakıya gəlir

ATƏT sədri Bakıya gəlir
  25 Fevral 2015    Oxunub:1265
Ukraynada baş verənlər Dnestryani və Cənubi Qafqaz münaqişələrinin həlli yönündə işlərə məhvedici təsir göstərir.
AzVision.az-ın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Xarici işlər naziri İvis Daçiç deyib.

BMT-nin təhlükəsizlik şurasının üzvləri qarşısıbnda hesabat çıxışı edən diplomat qeyd edib ki, Avropa soyuq müharibədən bu yana təhlükəsizlik sahəsində ən ciddi imtahanlarla qarşılaşıb.

“Biz Ukrayna və ətrafında baş verən böhranın ATƏT-in qarşısında duran digər məsələlər, əsasən Moldova və Cənubi Qafqazda uzunan münaqişələrə necə məhvedici təsir göstərdiyin göz yuma bilmərik”- deyə Daçiç bildirib.

Siyasətçi əsasən noyabrda Azərbaycan hərbiçiləri tərəfindən erməni vertolyotunun məhv edilməsindən sonra Dağlıq Qarabağda baş verənlərdən ciddi narahat olduğunu bildirib. “Keçən il Ermənistan və Azərbaycan prezidentlərinin 3 dəfə görüşməsi dialoqa doğru ruhlandırırdı. Lakin o dövrdən bu yana vəziyyətin gərginləşməsi və siyasi prosesin ləngiməsinə şahid olduq”- deyə ATƏT başçısı qeyd edib. O ATƏT-in Minsk qrupunun sədrlərinin ali səviyyədə görüşə nail olmaq istəyini və münaqişənin “uzunmüddətli həlli üçün yolların axtarılmasını” dəstəklədiyini deyib.

Daçiç yaxın aylarda regiona səfər edəcəyi və ölkə liderləri ilə görüşəcəyini bildirib.


Teqlər:





Xəbər lenti