Gülün atası xəstəxanaya yerləşdirilib

Gülün atası xəstəxanaya yerləşdirilib
  25 Fevral 2015    Oxunub:1522
Türkiyənin 11-ci prezidenti Abdullü Gülün atası Əhməd Həmdi Gül xəstəxanaya aparılıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 89 yaşlı Gülə soyuq dəyib və bu səbəbdən idrar yollarına infeksiya düşüb. Buna görə də sabiq prezidentin atası Acıbadem Kayseri Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən açıqlamaya görə isə, xəstənin səhhətində ciddi problem yoxdur. Sabah evə buraxıla bilər.

Qeyd edilir ki, Abdulla Gül ötən axşam saat 21:00-da atası üçün İstanbuldan Kayseriyə gəlib və xəstəxanada atasını ziyarət edib.

Sevinc


Teqlər:





Xəbər lenti