Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolu açıldı
  25 Fevral 2015    Oxunub:1489
Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu artıq açılıb.
AzVision.az-a bu barədə Quba rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, üç gündür ki, bağlı olan Quba-İspik-Xınalıq yolunda dünən gecə saatlarından başlayaraq avtomobillərin hərəkəti bərpa edilib.

Qed edək ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 28 metrə çatıb.Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.

Sevinc


Teqlər:





Xəbər lenti