ABŞ-ın daha bir ştatından Xocalı bəyanatı

ABŞ-ın daha bir ştatından Xocalı bəyanatı
  25 Fevral 2015    Oxunub:1220
ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan AzVision.az-a verilən məlumata görə, bəyanatda qubernator N.Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirib.

Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Həmçinin vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda Qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edib:

“Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin”.

Qeyd edək ki, bu, Corciya qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.


Teqlər:





Xəbər lenti