Kürdlərdən İŞİD-ə ağır zərbə: 149 ölü

Kürdlərdən İŞİD-ə ağır zərbə: 149 ölü
  25 Fevral 2015    Oxunub:2313
Kürd özünümüdafiə qüvvələri Kobani şəhəri yaxınlığı və Əl-Hasika vilayətində gedən döyüşlərdə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 149 üzvünü məhv edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istindən xəbər verir.

Kürd yaraqlıları Əl-Hasika vilayətində Qamışlı şəhəri yaxınlığında gedən döyüşlərdə 97 İŞİD yaraqlısı məhv edib. Məlumatda həmçinin onların 16 kəndi azad etdiyi bildirilir.
Bundan əlavə, Kobani şəhəri yaxınlığında gedən döyüşlərdə İŞİD-in 52 üzvü məhv edilib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti