Kanada Ukraynaya hərbçilər göndərir

Kanada Ukraynaya hərbçilər göndərir
  25 Fevral 2015    Oxunub:1759
Kanada ABŞ və Böyük Britaniyadan sonra Ukrayna Silahlı Qüvvələrinin hazırlanması üçün hərbi mütəxəssislər göndərməyə hazırdır.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın müdafiə naziri Ceyson Kenni bildirib.

Nazir vurğulayıb ki, artıq ABŞ və Böyük Britaniya bununla bağlı müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Ukraynaya göndəriləcək amerikalı mütəxəssislər ukraynalı hərbçilərə müharibə şəraitində tibbi yardımın necə göstərilməsi barədə kurslar keçəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti