“Donuz qrip”i Hindistanı qırır - 935 ölü

“Donuz qrip”i Hindistanı qırır - 935 ölü
  26 Fevral 2015    Oxunub:1260
Hindistanda “donuz qrip”i virusundan (H1N1) ölənlərin sayı 935 nəfərə çatıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, xəstəliyə 16 mindən çox insan yoluxub.

Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadda vəziyyətin ciddi olduğunu bildirərək vətəndaşları təşvişə düşməməyə çağırıb. “Hökumət virusun yayılmaması üçün bütün lazımı tədbirlər görür”, deyə nazir bildirib.

Qeyd edək ki, “donuz qrip”inə yoluxma halları Hindistanın 28 ştatından 22-də qeydə alınıb.


Teqlər:





Xəbər lenti