Bir gündə dünyaya gələn prezident və baş nazir - VİDEO

Bir gündə dünyaya gələn prezident və baş nazir - VİDEO
  26 Fevral 2015    Oxunub:3058
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun doğum gününüdür.
AzVision.az xəbər verir ki, 1954-cü ildə İstanbulda dünyaya gələn prezident Ərdoğan 61 yaşını, 1959-cu ildə Konya şəhərində doğulan Əhməd Davudoğlu isə 56 yaşını qeyd edir.
Türkiyənin sayca 12-ci prezidenti olan və xalqın səsverməsi ilə seçilən ilk prezident olan Ərdoğan bu vəzifəni 2014-cü ilin 28 avqustundan icra edir. 2009-2014-cü illər ərzində Türkiyənin xarici işlər naziri postunda çalışan Əhməd Davudoğlu isə 2014-cü ilin 29 avqustundan baş nazir kimi fəaıiyyət göstərir.

Məlumat üçün bildirək ki, prezident Rəcəb Tayyib Ərdoğanın şərəfinə ona sürpriz videoçarx hazırlanıb. Belə ki, Türkiyənin dörd bir tərəfindən insanların yer aldığı videoda onun şərəfinə mahnı oxunur və sonda təbrik edilir.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti