Putin Ukraynaya ultimatum göndərdi

Putin Ukraynaya ultimatum göndərdi
  26 Fevral 2015    Oxunub:2469
Ukraynanın ikinci prezidenti və üçtərəfli əlaqə qrupunun iştirakçısı Leonid Kuçma bəyan edib ki, Rusiya tərəfi Ukraynaya qarşı ultimatum irəli sürüb.
AzVision.az-ın məlumatına görə, bu barədə eks-prezident “Qolos Ukraynı” qəzetinə müsahibəsində bildirib.

“Rusiya prezidenti özünü sanki Minsk razılaşmaları olmamış kimi apardı. Faktiki olaraq bizə qarşı ultimatum təqdim edildi. Ya biz onun istənilən şərtini qəbul edirik və istənilən müqaviməti dayandırırıq, ya da Ukrayna öz müstəqilliyini itirir. O, bizə öz hədəflərinə nail olmaq üçün heç bir itki, xərclərdən çəkinməyəcəyini açıq şəkildə anlatdı. Onun hədəfi artıq gün kimi aydındır”, -deyə Kuçma vurğulayıb.

Kuçma həmçinin qeyd edib ki, belə bir ultimatum yalnız Ukraynaya deyil, bütün qərb dünyasına qarşı sürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti