Rusiyada döyüşlər: 6 yaraqlı məhv edildi

Rusiyada döyüşlər: 6 yaraqlı məhv edildi
  26 Fevral 2015    Oxunub:2377
İlkin məlumatlara görə, Dağıstanda keçirilən anti-terror əməliyyatlar çərçivəsində 6 yaraqlı məhv edilib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hüququ mühafizə orqanları əməkdaşları və terrorçular arasında atışmanın davam etdiyi vurğulanır.

Təsdiqlənməyən məlumatlara görə, daha dörd terrorçunun mühasirədə olduğu bildirilir.

Qeyd edək ki, fevralın 25-i Dağıstanın Qızılyurt rayonunda 4 yaşayış məntəqəsində anti-terror əməliyyatı rejimi qüvvəyə minib. Gecənin düşməsi ilə əlaqədar xüsusi əməliyyat dayandırılmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti