TBMM-də Xocalı sərgisi

TBMM-də Xocalı sərgisi
  26 Fevral 2015    Oxunub:1124
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) təşkilatçılığı ilə 24 fevral 2015-ci ildə Türkiyə Böyük Millət Məclisinin sərgi salonunda Xocalı soyqırımına həsr olunmuş “İşğaldan öncə və sonra Qarabağda Üç Nəsil Bir Soyqırım” adlı sərginin açılış mərasimi keçirilib.

Mərasimdə Türkiyə Millət Məclisinin sədr müavini xanım Meral Akşənər, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Milli Məclisin üzvü Elman Məmmədov, AMEA-nın tarixçi alimləri, Xocalı soyqırımı hadisəsinin şahidləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, yerli media və QHT nümayəndələri iştirak edib.

Sərgini giriş sözü ilə açan Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Xocali soyqırımının, həmçinin tarixdə soydaşlarımıza qarşı törədilən digər soyqırım aktlarının dünyada tanıdılması üçün birgə çalışmaların əhəmiyyətindən danışaraq təşkil olunan sərginin bu istiqamətdə atılan addımlardan biri olduğunu vurğulayıb. Açılış mərasimindən sonra Xocalı soyqırımının şahidləri nümayiş olunan şəkillər və əşyalar haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat veriblər.

Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin Ermənistan tərəfindən zəpt olunmasından əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər nümayiş olunub, iştirakçılara Qarabağ həqiqətlərinə dair kitablar paylanılıb.



Teqlər:





Xəbər lenti