Şahbazdan ermənilərə: “Yalan danışırsınız...”
Ş.Quliyev Kəlbəcərə doğma torpaqlarını ziyarət etmək üçün gəldiyini bildirib. Girov çıxışında həmçinin azyaşlı erməni uşağın oğurlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edib.
“Mən sərhədi keçməmişəm. Sadəcə doğma torpaqlarımıza baş çəkmişəm. Mənim guya erməni gənci öldürməm barədə ittihamlar həqiqəti əks etdirmir. Üzərimdə silah olub, amma heç kimi öldürməmişəm”.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Eldar Tanrıverdiyev