İŞİD-dən daha bir vəhşilik - VİDEO

İŞİD-dən daha bir vəhşilik - VİDEO
  26 Fevral 2015    Oxunub:2306
Təkcə edam vidoeları deyil, həmçinin ələ keçirdiyi şəhərlərdə mədəniyyət abidələrini məhv etməklə gündəmə gələn İŞİD terror təşkilatı bu dəfə İraqın Mosul şəhərində muzeyə hücum edib.

AzVision.az xəbər verir ki, Mosuldakı muzeylərdən birinə soxulan İŞİD üzvləri çəkiclə heykəlləri dağıdıblar.

Muzeydəki heykəlləri bir-bir yox edən İŞİD üzvləri bundan əvvəl də kitab yandırmaqla diqqəti özlərinə cəlb edə bilmişdilər. Onlar 10 mindən çox kitabın, 700-ə yaxın nadir əlyazmanın və Osmanlı imperiyası dövrünə aid çoxlu sayda əsərin olduğu Mosul kitabxanasını yandırmışdı.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti