Tibbdə sensasiya: insan başını dəyişmək olacaq

Tibbdə sensasiya: insan başını dəyişmək olacaq
  26 Fevral 2015    Oxunub:2390
İtaliyalı neyrocərrah Serxio Kanavero bəyan edib ki, 2017-ci ildə insan başının ilk transplantasiyasını həyata keçirə biləcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onun metodu bir meymunun başının digərinin bədəninə artıq uğurla köçürdüyü əməliyyatına əsaslanır.

Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun immun sistemi yad orqandan imtina edib.

S.Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-da keçiriləcək konfransda təqdim edəcək.

O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək.


Teqlər:





Xəbər lenti