“Putin çılpaq kraldır” – Rusiyalı oliqarx

“Putin çılpaq kraldır” – Rusiyalı oliqarx
  27 Fevral 2015    Oxunub:2704
Rusiyalı oliqarx Mixail Hodorkovskiy Londonda beynəlxalq münasibətlər üzrə Krallıq institutunda çıxış edərkən bildirib, Vladimir Putinin erası sona çatır və Qərb ölkələrini Rusiya müxalifətçiləri ilə əlaqələri möhkəmləndirməyə çağırıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər edib.

“Yarıçılpaq Putin güclü lider deyil: O, çılpaq kraldır”, - deyə Hodorkovskiy vurğulayıb.

Putinin xarici siyasəti barədə danışan Hodorkovskiy bəyan edib ki, Rusiya prezidentin hədəfləri olduqca genişdir: “Putinə Donbas lazım deyil. O, dünyanın taleyini ABŞ prezidenti ilə həll etmək istəyir. O, dünyanın superdövlətlər arasında yenidən bölünməsini istəyir.

Hodorkovskiyin sözlərinə görə, Putin hakimiyyətinin sonu çatır, lakin bu qürub həm Rusiya həm də Qərb üçün bu ağrılı və acılı ola bilər: “Rusiya iqtisadiyyatı bundan sonra da zəifləyəcək. Bu isə hazırda Rusiyada hökmranlıq edən güclü klanlar arasında qarşıdurmalarla nəticələnəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti