Afinada xalq ayağa qalxdı - FOTOLAR

Afinada xalq ayağa qalxdı - FOTOLAR
  27 Fevral 2015    Oxunub:1722
Yunanıstanın paytaxtı Afinada yenidən hökumət əleyhinə etiraz aksiyaları başlayıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, özlərini “hökumət əlehdarı anarxistlər” adlandıran qrup hökumətin kreditorlarla bağladığı müqaviləyə etiraz edib.

Şəhərin mərkəzində, Afina Universitetinin qarşısında keçirilən aksiyada təxminən 300 nəfərə yaxın nümayişçi qatılıb. Onlar parlamentin yerləşdiyi Sintaqma Meydanına yürüş edib.

Aksiya zamanı təhlükəsizlik qüvvələrinə daş və molotov kokteyli atan etirazçılara polis gözyaşardıcı qazla müdaxilə edib. Bundaa sonra qarşıdurma yaranıb və aksiya iştirakçıları iş yerləri, bankların, avtobus dayanacaqlarının pəncərələrini sındırıb. Dayanacaqlardakı onlarla avtomobil yandırılıb.

İlkin məlumatlara görə, aksiya zamanı ölən və yaralanan olmayıb.















Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti