Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var

Ukraynada qanlı döyüşlər gedir: Ölənlər var
  27 Fevral 2015    Oxunub:1838
Son 24 saat ərzində 3 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 7 nəfər isə yaralanaraq separatçılara əsir düşüb” – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, Atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti