`Həmsədrlər niyə susurlar? ` - Qənirə Paşayeva

`Həmsədrlər niyə susurlar? ` - Qənirə Paşayeva
  27 Fevral 2015    Oxunub:1508
Millət vəkili Qənirə Paşayeva Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində Keçiören bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edib.

Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verən millət vəkili bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb: “Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq, insanlığın yanında olanlar Xocalıya ədalət istəməlidirlər. ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin insan haqlarından, ədalətdən danışmaq üçün mənəvi haqları yoxdur. Niyə onların səslərini bu gün də heç eşitmədik? Dünyanın `insan haqları` deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına susurlar”.

Millət vəkili bildirib ki, Xocalı Soyqırımından danışmayanlar qondarma erməni `soyqırımı` yalanları ilə türk millətinə tarixdə olmayan bir şeyi zorla qəbul etdirmək üçün erməni diasporuna ciddi dəstək verirlər: “Qondarma `erməni soyqırımı` iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar”.


Teqlər:  





Xəbər lenti