Nemtsovun ölümündən üç saat əvvəlki müsahibəsi

  28 Fevral 2015    Oxunub : 3057
Nemtsovun ölümündən üç saat əvvəlki müsahibəsi
Boris Nemtsov qətlə yetirilməmişdən üç saat əvvəl “Exo Moskva” radiostansiyasına müsahibə verib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. “Biz marşımızın tələblərini hazırlayıb, paylaşmışıq. Marşda həm siyasi, həm də sosial-iqtisadi xarakter daşıyacaq”,- deyə Boris Nemtsov bildirib.

“Ukrayna ilə müharibənin dərhal dayandırılması, müxalifətin iştirakı ilə şəffaf prezident seçkilərinin keçirilməsi, senzuranın ləğv edilməsi, bütün sensasiyalı korrupsiya işlərinə məhkəmədə baxılması, büdcənin 50/50 nisbətində desentraliziya edilməsi, müdafiə xərclərinin azaldılması hesabına səhiyyə və təhsil haqlarının artırılması”, - deyə rusiyalı siyasətçi müxalifətin tələblərini sadalayarkən vurğulayıb.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: