Əhmədinejat Türkiyədə etirazla qarşılandı - VİDEO

Əhmədinejat Türkiyədə etirazla qarşılandı - VİDEO
  28 Fevral 2015    Oxunub:1916
İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Türkiyədə etirazla qarşılanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın anım mərasimində baş verib. Belə ki, Bursada keçirilən tədbirdə iştirak edən Əhmədnejat kürsüdə çıxış edərkən zalda ona qarşı etirazlar başlayıb. İran əleyhinə şüarlar səsləndirilib və tədbirdə gərginlik yaranıb.
Təhlükəsizlik qüvvələri etiraz edənləri zaldan çıxarıb. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.

Sakitlik bərpa olunduqdan sonra Əhmədnejat çıxışına davam edib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti