Neft yenə də ucuzlaşdı

Neft yenə də ucuzlaşdı
  28 Fevral 2015    Oxunub:1942
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 63,07 dollar/barel təşkil edib.
ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 0,67 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 62,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 27-də 58,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 27-də 61,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.


Teqlər:





Xəbər lenti